Dizayner
 
JOB TITLE: Dizayner
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-05 LAST UPDATED: N/A DEADLINE: 2021-05-05

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Dizayner
İş yeri:Bakı

Öhdəliklər:

• Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin yerinə yetirilməsi;
• Eskizlərin tərtib edilməsi və rəhbərliyə təqdim edilməsi;
• Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Görülən işlərlə bağlı mütəmadi hesabatların verilməsi;

Tələblər:

• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Ali təhsil (Müvafiq və ya yaxın sahələr üstünlükdür);
• Dil bilikləri:Azərbaycan dili (rus dili üstünlükdür);
• MS Office və lazımi dizayn proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
• Dizayn sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 05.05.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP