Satış və müştəri xidmətləri şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Satış və müştəri xidmətləri şöbəsinin mütəxəssisi
EMPLOYER: AIR Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-06 LAST UPDATED: N/A DEADLINE: 2021-05-06

Satış və müştəri xidmətləri şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Təhsil: Ali
• Müvafiq sahə üzrə iş təcrübəsinin olması;
• Yaş həddi: 25-35;
• Azərbaycan, Rus dilləri yüksək, İngilis yaxşı səviyyədə olmalı;

Vəzifəyə tələblər:

• Müştərilərlə münasibətlərin qorunub saxlanılmasına müəssisənin xidmətləri haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsinə nəzarət etməlidir;
• Müştərilərə sistematik şəkildə baş çəkilməsini, əlverişli və sərfəli münasibətlərin yaradılmasını təmin etməlidir;
• Müştərilər arasında bağlanmış olan müqavilələri mütəmadi olaraq nəzarətdə saxlamalı və vaxt uzadılma müddətini müəyyən etməlidir;
• Müştərilər tərəfindən hər hansı bir narazıçılıq yaranarsa dərhal aradan qaldırmalı və baş verən problemlərlə bağlı rəhbərliyi məlumatlandırmalıdır;

Şəxsi bacarıqları:

• Peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma
• Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə
• Komandada işləmə bacarığı
• 1C proqramları ilə işləmək bacarığı

Əlavə məlumatlar:

• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış və müştəri xidmətləri şöbəsinin mütəxəssisi” sözlərini qeyd edərək hr@airgroup.az e-ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP