
Faktorinq xidmətləri üzrə satış təmsilçisi
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq xidmətləri üzrə satış təmsilçisi vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq məhsulları haqqında məlumat verilməsi • Potensial müştərilərə faktorinq məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması • Faktorinq məhsulları əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və satış qöqtələrinə yönləndirilməsi
İş qrafiki
• Bazar ertəsi – Cümə: 10:00 – 19:00 • Şənbə: 10:00 – 19:00 • Əmək haqqı: 300 + Bonus • Əlverişli iş mühitində çalışmaq imkanı • Karyera və inkişaf perspektivləri
Namizəddə tələblər
• 21-29 yaş aralığında olan namizədlər • Ali təhsil • Ana dilində səlis danışıq (Rus dili arzu olunandır) • Müştəri yönümlülük, təqdimetmə bacarığı • Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Faktorinq xidmətləri üzrə satış təmsilçisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.
|