Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi
 
JOB TITLE: Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-06 LAST UPDATED: N/A DEADLINE: 2021-05-06

Azərbaycan Beynəlxalq Bankı Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• POS terminal sahəsi üzrə bazar analizi etmək;
• POS terminal şəbəkəsinin genişlənməsini təmin etmək;
• Rəhbərlik tərəfindən ekvayrinq biznesi ilə bağlı sorğuları icra etmək;
• Qoyulan satış hədəflərinin icrası;
• Hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• Ünsiyyət bacarığı olan;
• Təqdimat bacarığı olan;
• Yaradıcı və innovativ;
• Satış bacarığı olan;
• Fərdi və komanda tərkibində işləməyi bacaran;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP