Ümumi işlər üzrə mütəxəssis
 
JOB TITLE: Ümumi işlər üzrə mütəxəssis
EMPLOYER: Buta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-06 LAST UPDATED: N/A DEADLINE: 2021-05-06

Buta Group ( AzGübrə)

İş barədə:

- Lazımi sənədlərin hazırlanmasını, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarəti həyata keçirmək, sənədlərlə bağlı rəhbərliyə məlumat vermək və onların saxlanmasını təmin etmək;
- Müəssisənin rəhbərliyinə təqdim edilən sənədlərin hazılıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək;
- Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
- Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi üçün zəruri olan təşkilati işləri həyata keçirmək, bu qərarların müvafiq strukturlara çatdırılmasını təmin etmək. Rəhbərliyə təqdim olunan sənədlərin daxili qaydalara uyğun tərtib olunmasını təmin etmək
- İcarə müqavilələrinin, alqı-satqı müqavilələrinin və digər xidməti müqavilələrin (məktub, etibarnamə, aktlar və s) hazırlanması
- Azercell və Bakcell nömrələrinə nəzarət – yaranan problemin (nömrələrin tariflərinin dəyişdirilməsi, nömrələrin dublikatının çıxarəlması və s) aradan qaldırılması, ehtiyac yarandıqda yeni nömrə və datakart sifariş etmək
- Yeni işə götürülən əməkdaşları nömrə və internetlə təmin etmək
- Online kargüzarlıq vasitəsi ilə kassa quraşdırılmasını təsdiq etmək
- Yeni açılmış mağazalar üçün lazım olan bütün ləvazimatlar ilə (mebel, komputer, rooter, printer və s) təmin etmək
- Günlük görülən işlər barəsində hesabat hazırlanması
- Bölgələrdə yerləşən mağazalarımızdakı kassalara nəzarət və günlük Z hesabatlara nəzarət olunması
- Gün ərzində bölgələrdəki mağazalarımızda baş verən problemlərin araşdırılması və həlli
- Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
- Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;

Namizədə tələblər:

- Azərbaycan, Rus və İngilis dilləri sərbəst olmalı
- Ali təshil
- MS Office, İnternet, Outlook
- Təcrübə: 1-3 il
- Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək.
- Yaş: 22-30
- İş qrafiki: 6 günlük
- İş yeri: Bakı şəhəri

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini “Ümumi işlər üzrə mütəxəssis “qeyd etməklə hr@butagroup.com e- mail ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP