Buta Group (Buta Agro Aqroparkı )
İş barədə:
- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək; - Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq; - Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək; - Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək; - Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək; - Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək; - Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək; - Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək; - Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
İş yeri: İsmayıllı rayonu
Namizədə aid tələblər: Təhsil : Ali (Aqronomluq sahəsində) Aqronomluq sahəsində ( kartof yetişdirmə) təcrübəli MS Office və İnternet, E-Mail-dən istifadəni bilən Diqqətli və məsuliyyətli, 30-40 yaş arası kişi namizədlər müraciət edə bilər. Əmək haqqı: YÜKSƏK İş Qrafiki: 6 günlük Maraqlanan namizədlər hr@butagroup.com e-mail ünvanına “ Baş Aqronom İsmayıllı” yazmaqla CV-lərini göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
|