Logistika üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Logistika üzrə kiçik mütəxəssis
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-06 LAST UPDATED: N/A DEADLINE: 2021-05-06

Yerləşmə: Baş ofis
Vəzifə: Logistika üzrə kiçik mütəxəssis
Şöbə: Gömrük və logistika

Vəzifə tələbləri

- Logistika xidmətləri üzrə sifarişləri qəbul edib satıcılarla ilkin əlaqənin qurulması
- Sifarişlərə əsasən daşınma və digər xərclərin hesablanması
- Xarici daşınma işlərini təşkil etmək,
- Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması,
- Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək,
- Daşınan yüklərin müştərinin istəyindən asılı olaraq sığortalanmasını təşkil etmək.
- Gömrükləmə işi üçün lazım olan sənədlərin təşkili və sənədlərin gömrük təmsilçisinə çatdırılması.
- Logistik xidmətlər üzrə Müqavilələrin hazırlanmasında iştirak etmək.
- Logistik xidmətlər üzrə invoysların hazırlanmasında iştirak etmək və onların ödənişlərini həyata keçirmək
- Logistika xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar

Namizədə tələblər

- Ali təhsil (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
- Riyazi analitik qabiliyyət
- MS Office proqramlarında (xüsusi ilə MS Excell) sərbəst işləmək bacarığı
- Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
- Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
- Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı
- Xarici dil bilikləri (Rus, İngilis)
- Vergi və Gömrük üzrə biliklər üstünlük hesab olunur
- Logistika sahəsi üzrə təcrübə üstünlük hesab olunur
- İş qrafiki: 1. Tam iş günü həftə içi 5 gün 09:00-dan 18:00-dək
- Müqavilə müddəti: 6 ay (Analıq məzuniyyəti əvəzi)

Müraciət etmək istəyən namizədlər hr2@azerbaijansupermarket.com elektron ünvanına “Logistika üzrə kiçik mütəxəssis” başlığı ilə CV-sini göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP