
Bakı Sığorta” ASC “Sığorta iddiaları şöbəsinin mütəxəssisi” vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifənin öhdəlikləri:
• Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, şirkət daxili bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi; • Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması; • Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması; • Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi; • Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması; • Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi; • Müştərilərdən sənədləri qəbul etmək; • Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək; • Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi; • Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi; • Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması; • Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi; • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
• Hüquq və ya Sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 1 illik iş təcrübəsi; • “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını və bilmək; • İstənilən ixtisas üzrə ali təhsilin olması; • Azərbaycan (əla), Rus və İnglis dili arzuolunandır; • Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması; • Məlumatı toplamaq və təhlil etmək bacarığı; Analitik düşüncə, danışıqlar aparmaq bacarığı; ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı; məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İş şərtləri
Həftəiçi 5 gün, saat 09:00-18:00-dək “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və ştat cədvəlinə uyğun gələn əmək haqqı təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 20 aprel 2021-ci il tarixinədək hr@bakisigorta.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
|