
Şirkət: “SR Group” MMC Vakansiya: Müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyətin qiymətləndirilməsi üzrə mütəxəssis
Tələblər:
• Ali təhsil; • Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilməli; • 2 il pərakəndə satış sahəsində iş təcrübəsi olmalı (keyfiyyət üzrə təcrübənin olması böyük üstünlükdür); • MS Office (Outlook, MS Excel) - istifadəçi səviyyəsi; • Müştəri xidmətlərində və müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyət standartları; • Analiz, problemlərin həlli və qərarvermə; • Müştəriyə fokuslanma; • Keyfiyyətə fokuslanma; • Dəqiqlik və təfsilatlara yönümlülük; • İnkişafa yönümlülük.
Vəzifələr:
• Müvafiq meyarlar əsasında satış və xidmət nöqtələrində keyfiyyətinin dəyərləndirilməsi; • Dəyərləndirilmiş müraciətlərin müvafiq şəxslərə təqdim edilməsi; • Hər bir əməkdaş və qrup səviyyəsində xidmət keyfiyyətinin dəyərləndirilməsi; • Xidmət və satış keyfiyyət meyarlarının yenilənməsi, önəm dəyərinin dəyişdirilməsi, daimi olaraq günün tələblərinə cavab verməsinə nəzarət; • Kritik və qeyri-kritik səhvlərin təyin olunması; • Dəyərləndirmə formunun yenilənməsi; • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması.
Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ulvi.verdiyev@srgroupco.com e-mail ünvanına göndərə bilərsiniz.
|