Operativ nəzarət və analitik təhlil üzrə menecer
 
JOB TITLE: Operativ nəzarət və analitik təhlil üzrə menecer
EMPLOYER: Abşeron Logistika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-07 LAST UPDATED: N/A DEADLINE: 2021-04-21

Abşeron Logistika” MMCOperativ nəzarət və analitik təhlil üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində məlumatlı olmaq;
• 1C sistemində iş proseslərinin izlənilməis, nəzarət;
• Heyətin idarə edilməsi;
• Monitorinq materiallarının analitik təhlili və hesabatın hazırlanması;
• Proseslərin təhlili, təkliflərin verilməsi;
• Monitorinq qrafikiin qurulması və tətbiqi;
• Risklərin idarə olunmasının və xərclərin səmərəliliyinin qiymətləndirilməsi;
• Daxili nəzarət mexanizmlərinin effektivliyinin və çevikliyinin müəyyən edilməsini;
• Mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
• Ehtiyatlardan istifadənin səmərəliliyini, düzgünlüyünü və onların istifadəsinə nəzarəti qiymətləndirir;
• Mərkəzin strukturlarının fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və digər informasiya daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq;
• Təhlilin nəticəsinə uyğun olaraq daxili nəzarət qaydasında daxili nəzarət tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə təkliflərin təqdimi;
• Əmək haqqı müsahibə əsasında müəyyənləşəcəkdir.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
• Analitik təhlil, idarəetmə sahəsində 3-5 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla), İngilis dili arzuolunandır;
• Liderlik, idarəetmə bacarıqları olmalı;
• Müvafiq qanunvericiliyi bilməli;
• Komputer bilikləri: MS Office (Word, Outlook) proqramlarını yaxşı səviyyədə, Excel-i yüksək səviyyədə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Yaş həddi: 25-40 yaş.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 20 aprel 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operativ nəzarət və analitik təhlil şöbəsinin meneceri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP