İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-07 LAST UPDATED: N/A DEADLINE: 2021-05-07

RİCON MMC

İnsan resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri :

- İşçilərin Əmək qanunvericiliyinə əsasən şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul edilməsi, xitam verilməsi, bir iş yerindən başqasına keçirilməsi, vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, əmək muqavilələrinin, müvafiq əmrlərin yazılması, elektron Hökumət Portalına daxil edilməsi;
- Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrinin təmin olunması,işçilərin istifadə etdiyi məzuniyyətlərin uçota alınmasının təşkil olunması;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatının aparılması;
- Vəzifə təlimatlarının hazırlanması;
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatın təqdim olunması;
- Şirkət əməkdaşlarının əmək haqqıları və avanslarının hesablanması;
- Kadrlara olan tələbatların (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) təmin edilməsi;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi;
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi; Kadrlar üzrə hesabatların tərtib edilməsi.
- Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirilməsi;
- Kadr sənədləşməsinə mütəmadi nəzarət;
- Şirkət üzrə İSO standartlarının tətbiq olunmasına nəzarət;

Tələblər :

- Ali təhsil;
- Yaş: 25-35
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı;
- 1C proqram təminatı əmək haqqı hissəsi;
- Muzdlu və qeyri muzdlu işlə əlaqədar vahid bəyannamə verilməsi üzrə biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;

İş şəraiti:

- Əmək haqqı:Müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşdırılma yolu ilə
- İş rejimi: 5 günlük, saat 09:00-18:00 - dək
- İş yeri: Bakı şəh.,

E-mail : ricon.hr2021@gmail.com
Mövzu hissəsində "İnsan resursları üzrə mütəxəssis " qeyd olunması zəruridir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP