Əməliyyat departamentinə Baş mütəxəssis
 
JOB TITLE: Əməliyyat departamentinə Baş mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-07 LAST UPDATED: N/A DEADLINE: 2021-05-07

Sığorta Şirkətinin Əməliyyat Departamentinə “baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edilir.

BİLİKLƏR

• Ali təhsili olmalıdır.
• Azərbaycan Respublikasının sığorta qanunvericiliyinin tələblərini bilməlidir.
• Azərbaycan və Rus dillərini əla (yazı, danışıq) səviyyədə bilməlidir. İngilis dilini bilənlərə üstünlük verilir.
• Kompüter proqramlarından istifadə etməyi bacarmalıdır (MS office-word əla, Excel orta səviyyədə).
• Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır.

TƏCRÜBƏ
• Sığorta şirkətlərində Təkrarsığorta və Anderraytinq departamentində iş təcrübəsi olanlara üstünlük verilir.

BACARIQLAR
• Sığorta qanunvericiliyi
• Mülki Məcəllə
• Ünsiyyətcil
• Analiz etmə, dəyərləndirmə
• Riyazi biliklər
• Müqavilələr üzrə şirkət prosedurlarını bilmək
• Təşkilatçılıq qabiliyyəti
• Sənədlərlə və informasiya ilə işləmək qabiliyyəti
• Yenilikləri görmək və onları həyata keçirmək imkanı
• İşdə düzgünlük və operativ olmaq
• Fərdi və komandada işləmək qabiliyyəti
• Öz fikirlərini sərbəst ifadə etmək

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

• lazımi təqdirdə şirkətin müştərilərini EKTİS barədə məlumatlandırmaq və orada qeydiyyatını etmək
• sığorta müqavilələrinin hazırlanması, yenilənməsi və xitam edilməsinin təşkili, eyni zamanda sığorta təkliflərinin hazırlanması
• sığorta müqavilələrinin təkrarsığorta prosesinin təşkil edilməsi
• müqavilələrin yenilənməsi üçün müştərilərlə əlaqə saxlamaq və sığorta məbləğlərini qarşılıqlı razılaşdıqdan sonra müqavilənin hazırlanması
• sığortalanma zamanı məhsullar və ərazilər üzrə surveyer baxış keçirilməsinin program üzərindən təşkil edilməsi (“ sığorta qaydalarına” uyğun olaraq sənədlərin yoxlanışı, riskin qiymətləndirilməsi, foto/video çəkilişi)
• müştərinin təkrar müraciəti zamanı baş vermiş hadisələri araşdırması və lazımı sənədlərin toplanması
• müqavilələrinin hazırlanması, yenilənməsi və xitam verilməsinin təşkili
• sığorta bazarının araşdırılması, tariflərin mütəmadi olaraq yenidən baxılması, portfelin təhlili
• həyata keçirdiyi sığorta əməliyyatlarını şirkətin proqram üzərindən işlənməsi
• aylıq olaraq yenilənmiş və bağlanmış müqavilələr üzrə hesabatların hazırlanmasının təmin edilməsi

Uyğun namizədlərdən CV-lərini hr.manager_99@mail.ru elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP