Mağazalara nəzarət şöbəsinin müdiri
 
JOB TITLE: Mağazalara nəzarət şöbəsinin müdiri
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-07 LAST UPDATED: N/A DEADLINE: 2021-05-07

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Mağazalara nəzarət şöbəsinin müdiri

Tələblər:

• Mağazanın idarə ediləsi sahəsində azı 3 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Azərbaycan dilini mükəmməl bilməli. Rus və ingilis dilllərini bilənlərər üstünlük verilir.

Vəzifələri:

• Şirkətin satış strategiyasına uyğun satışın təşkili və idarə olunması, standartların, proseslərin və rəhbərliyin tapşırıqlarının mağazada operativ icrasının təmin olunması;
• Satış hədəflərini komanda üzvləri arasında bölüşdürülməsi və icrasının təmini;
• Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət;
• Mağazanın əməliyyat, ödəniş və kommunikasiyası sistemlərinin fasiləsiz işinə nəzarət;
• Mağazada malların merçendayzinq standartlarına uyğun sərgilənməsinin təşkili;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/496-magazalara+nezaret+sobesinin+mudiri

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP