
Vəzifənin adı: Tibbi depolarla iş üzrə satış meneceri ( supervayzer) Hesabat verir: Kateqoriya müdiri İş yeri: Apteklər, ticarət obyekləri, digər ticari qurumlar Təcrübə: 1-3 il Təhsil: Ali bakalavr Dil bilikləri: Azərbaycan, İngilis dili arzuolunandır Sürücülük vəsiqəsi: B Əmək haqqı: 1000 Əmək haqqına əlavələr: Satış nəticələrinə görə müəyyən edilir. Nəqliyyat vasitəsi: Şəxsi avtomobil Xərclər: Nəqliyyat və yanacaq xərcləri qarşılanır Əlaqə vasitəsi: Korporativ danışıq limiti şirkət tərəfindən qarşılanır.
İşin Təsviri
Əczaçıliq şəbəkələri ilə iş biriliyinin , ticari əlaqələrin yaradılması, müqavilələrin bağlanması, tenderlərdə iştirak, ticari əlaqələrin daimi inkişafı, yeni apteklərin cəlb edilməsi, müştəri münasibətlərinin inkişafı və.s
Bilik və səriştələr
• Sahibkarlıq və ticarət fəaliyyətini tənzimləyən qanun və qaydalar. • Bazar iqtisadiyyatı • Bazar şərtləri. • Malların çeşidi, təsnifatı, xüsusiyyətləri və təyinatı. • Qiymətləndirmə metodları, strategiya və qiymət taktikaları. • Bazarın inkişafı və mallara olan tələbat. • Reklam kampaniyalarının formaları və metodları. • İş planlarının və müqavilələrin, razılaşmaların, müqavilələrin ticarət şərtlərinin hazırlanması qaydası. • Satışın psixologiyası və prinsipləri. • Müştəriləri satın almağa həvəsləndirmə üsulları • Ticarət etikası. • İşgüzar əlaqələr qurma qaydaları.
Vəzifə öhdəlikləri
• Təyin edilmiş ərazidə müştəri bazasının (apteklər və aptek şəbəkələri) inkişafı; • Aptek şəbəkələri ilə prioritet əməkdaşlığın təşkili; • Aptek şəbəkələri ilə marketinq müqavilələrinin imzalanmasının təşkili; • Əməkdaşlığın dəstəklənməsi: müqavilələrin şərtlərinin yerinə yetirilməsinə nəzarət, hesabat vermək və s.; • Təyinatı üzrə satış planınn yerinə yetirilməsi; • Aptek zəncirlərində satış hesabatlarının alınması və təhlili; • Marketinq planlarının (razılaşmalarının) icrasına nəzarət, aptek şəbəkələri ilə iş nəticələrinin sənədləşdirilməsi; • Apteklərdə rəqiblərin analizi və təhili • Aptek şəbəkələrinin işçiləri üçün məhsullar üzrə təlim tədbirlərinin təşkili; • Aptek şəbəkələri bazarının müntəzəm təhlili və aptek şəbəkələri ilə ən təsirli və müasir əməkdaşlıq formalarının inkişafı üçün planların hazırlanması; • Şirkətin imici üçün reklam dəstəyini inkişaf etdirmək; • Aptek zəncirləri daxilində şirkət məhsullarının daimi mövcudluğuna nəzarət. • Satışların təhlili ;
Vakansiyaya müraciət etmək istəyən namizədlər hr@aev.az elektron ünvanına “Tibbi depolarla iş üzrə satış meneceri” yazmaqla CV - ni göndərə bilərlər.
|