Satış/kirayə üzrə məsləhətçi
 
JOB TITLE: Satış/kirayə üzrə məsləhətçi
EMPLOYER: Realest MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-22 LAST UPDATED: 2021-07-23 DEADLINE: 2021-08-21

Baş ofisi Bakıda yerləşən, yaşayış və ticari məqsədli daşınmaz əmlak sektorunda inşaat, idarə etmə və qiymətləndirmə üzrə məsləhət xidmətləri verən və Azərbaycanın bütün ərazisini əhatə edən konsaltinq şirkəti satış/kirayə üzrə məsləhətçi axtarır.

Əmlak satış/kirayə təmsilçisinin öhdəlikləri:

• Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək,
• Müştərilərin maddi imkanlarını müəyyənləşdirməyi bacarmaq,
• Müştərilərin maddi imkanlarına uyğun təkliflər hazırlamaq və təklif etmək,
• Verilən təklifləri təqib etmək və axıra çatdırmaq (satış yaxud kirayə)
• Əmlak satıcıları/kiralayanları ilə ünsiyyətdə olmaq,
• Bazarda yaxşı əmlak təkliflərindən xəbərdar olmaq,
• Bu alanda meydana gələ yeniliklər və dəyişiklikləri izləmək,
• Maraqlı tanıtımlar, istənilən formatda təqdimat və təkliflər hazırlamaq,
• Müştəriləri bilgiləndirmək, yönləndirmək ve onlara məsləhətlər vermək,
• Satış ve alış zamanı lazımi sənədləri hazırlamaq, sənədləşməni aparmaq,
• Yatırım yaxud yaşayış üçün torpaq sahəsi, mənzil və villaları müəyyən etmək,
• Müştərilərə doğru bir marketinq strategiyası tətbiq etmək.

Peşəkar bilik və bacarıqlar:

• Yüksək ünsiyyət bacarığı,
• Azərbaycan və rus dilində şifahi və yazılı danışıq bacarığı, ingilis dilində orta ünsiyyət,
• Kompyuter proqramları (Doc, XCL, PPP, İnternet Explorer, etc.)

Namizədlərdən CV-lərinin info@realest.az ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP