SƏTƏMM üzrə mütəxəssis
 
JOB TITLE: SƏTƏMM üzrə mütəxəssis
EMPLOYER: North West Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-23 LAST UPDATED: N/A DEADLINE: 2021-08-22

SƏTƏMM üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İş yerində əməyin mühafizəsnə və texniki təhlükəsizliyə nəzarət etmək;
• İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
• SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək;
• Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək;
• SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
• Iayihələrin, qurğuların vı avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
• Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
• Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək;
• İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
• Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək;
• Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq.

Tələblər:

• Ali texniki təhsil;
• SƏTƏMM üzrə minimum 3 il iş təcrübə;
• FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir).

Maraqlanan namizədlərdən CV-ni "SƏTƏMM üzrə Mütəxəssis" mövzusu ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP