Baş Mühasib köməkçisi
 
JOB TITLE: Baş Mühasib köməkçisi
EMPLOYER: Bakı Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-23 LAST UPDATED: N/A DEADLINE: 2021-08-22

Baş Mühasib köməkçisi

Tələblər:

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.)
• Acca Sertifikatları üstünlük
• MS Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Rus dili üstünlük

Vəzifə öhdəliklər:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:

• Əmək haqqı: 1500 AZN
• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@bakisigorta.az e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib köməkçisi”qeyd edərək göndərə bilərsiniz

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP