Ukraynada təhsil üzrə məsləhətçi
 
JOB TITLE: Ukraynada təhsil üzrə məsləhətçi
EMPLOYER: StudyLab DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!

Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) info@studylab.az ünvanına göndərin.

UKRAYNADA TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ

Məndən nə tələb olunur?

Ukraynada dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil, magistratura və doktorantura təhsili daxil olmaqla müştərilər üçün Ukraynada ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.

Namizədə tələblər

• Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
• Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
• Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
• Ukrayna daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
• Azərbaycan, rus və ingilis dilini səlis bilmək;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
• Xaricdə təhsil sahəsində çalışmış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

• Ukraynada təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
• Müştərilərə keyfiyyətli cümlələr ilə hazırlanmış, maksimal olaraq inandırıcı yazılı təkliflər hazırlamaq;
• Ukrayna ali təhsil müəssisələri və dil məktəbləri ilə yazışmalar və danışıqlar aparmaq;
• Ukrayna təhsil proqramı və təqaüdlər üzrə konsultasiyalar, yola düşməzdən əvvəl istiqamətləndirmə və proqramların qiymətləndirilməsi üzrə kurasiya işlərini aparmaq;
• Tərəfdaş qurumlar və xaricdə təhsil üzrə təchizatçılar əlaqələri idarə etmək və müqavilələrlə bağlı danışıqlar aparmaq;
• Ukraynada təhsil proqramı üzrə gündəlik fəaliyyətləri idarə etmək;
• Digər əlaqəli vəzifələri yerinə yetirmək;
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
• Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Şərtlər

• İş qrafiki: Bazar ertəsi – Cümə - 10:00 -19:00 / Şənbə - 10:00-18:00
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı və bonuslar fərdi olaraq müzakirə olunur.
• İş yeri : Azərbaycan-Ukrayna Mərkəzi/ Ünvan: Xaqani küçəsi 100C, İ. Əfəndiyev adına Elitar Gimnaziyanın arxası.

Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – UKRAYNADA TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 26 avqust 2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP