ERP operator
 
JOB TITLE: ERP operator
EMPLOYER: Alyans Tekstil DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-26 LAST UPDATED: N/A DEADLINE: 2021-08-25

ERP operator

Şirkət haqqında / О Компании / About Company

2008-ci ildə yaradılan Alyans Tekstil MMC, bir növbədə 250-ə yaxın işçisi ilə işləyən və müasir standartlara cavab verən xüsusi geyim istehsalında ixtisaslaşmış qabaqcıl fabriklərdən biridir. Bütün məhsullar beynəlxalq standartlara tam cavab verən Yaponiya və Almaniya istehsalı olan müasir və yüksək dəqiqlikli avadanlıqlardan istifadə etməklə istehsal olunur. Fabrikimiz bir kəsmə, tikiş salonu, boya loqosu, naxış, ütü, qablaşdırma, hazır məhsul, keyfiyyətə nəzarət şöbəsi, xammal anbarı, yeməkxana və ofis binasından ibarətdir. Fabrik dünyaca məşhur markaların rəsmi distribyutorudur və 1000-dən çox iş geyim modelinə malikdir

Vəzifə öhdəlikləri / Должностные обязанности / Responsibilities

• Menecer tərəfindən sifariş verilən hər bir məhsulun dolğun şəkildə qeydiyatını aparmaq,
• Qeydiyyat apardığı malları anbar ilə analiz etmək,
• Əgər anbarda sifariş olunan malın material və aksesurları yoxdursa,tələbat yaratmaq,
• Qeydiyat apardığı malların ERP də istehsal sifarişini (tələbnamə) yaratmaq,
• Yeni yaranan istehsal sifarişini (tələbnamə) yığıma ötürmək.Eyni zamanda modeli də izahlı şəkildə təqdim etmək,
• Xammal anbarında faktiki sifariş və hərəkətdə olan malların tələbatını yaratmaq,
• Müştəri sifarişi yarandıqdan sora boya sexi və naxış sexilə əlaqə saxlayıb yazı və boyanın vurulmasını müzakirə etmək.Lazım gələrsə modeli təqdim etmək,
• ERP proqramında istehsal sifarişinin (tələbnamə) son etapını işləmək,
• İstehsal sifarişini (tələbnamə) çap edib lazım olan şəxslərə imzalatmaq,mühasibatlığa təqdim etmək,
• Menecerlərə modellər təqdim etmək.

Namizədə qarşı tələblər / Требования к кандидату / Requirements

- Ali təhsil ;
- Bacarıqlı və çevik olmalı ;
- Verilən tapşırıqları vaxtında icra etməli ;
- Stres altında işləmək bacarığına sahib olmalı ;
- İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı.

İş barədə məlumat/ Информация о вакансии/ Job information

- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə ;
- İş rejimi: 5 günlük ;
- İş saatı: 08:30-17:30 ;
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq ;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Əlaqə / Контакты / Contacts

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi sevda.nazarova@alyans.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную позицию, пожалуйста, пришлите Ваше резюме, указав название вакансии в теме письма на электронный адрес sevda.nazarova@alyans.az .В противном случае Ваше резюме может быть не рассмотрено.

If you meet the above profile and would like to apply for this opportunity please apply by forwarding your CV to sevda.nazarova@alyans.az . Please include the job title in the email subject line, otherwise, it will not be considered.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP