Onlayn satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
 
JOB TITLE: Onlayn satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-27 LAST UPDATED: 2021-08-17 DEADLINE: 2021-08-26

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Onlayn satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Onlayn satış” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Alternativ kanalları ilə satışın təşkili şöbəsi
Vəzifə: mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Bankın təsdiqlənmiş tarif və şərtləri çərçivəsində alternativ kanallar vasitəsi ilə kredit / qeyri-kredit məhsulları üzrə sifarişlərin qəbulu, təhlili və qeydiyyatı
- Onlayn kredit sifarişlərinin Mərkəzi Bank qanunvericiliyi və Bankdaxili istehlak kreditlərinin verilməsi şərtləri çərçivəsində təhlil edilməsi, yönləndirilməsi və rəsmiləşdirilməsi
- Müxtəlif satış kanalları ilə daxil olan istehlak kreditləri sifarişlərini qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili, təsdiqi və MXD / Filiallara yönləndirilməsi
- Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişlərin baxılması üçün müvafiq komitələrə təqdimat  Kredit portfelini formalaşdırmaq və idarə etmək
- Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək
- Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışları aparılması

Tələblər:

- Ali təhsil
- Bank və ya bank olmayan kredit təşkilatında müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- İstehlak kreditləri üzrə təhlil bacarıqları
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili biliyi arzu olunandır
- Analitik düşüncə, yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı
- Təqdimat bacarığı

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP