Mühasib köməkçisi
 
JOB TITLE: Mühasib köməkçisi
EMPLOYER: Master İnşaat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-27 LAST UPDATED: N/A DEADLINE: 2021-08-26

MASTER İNŞAAT MMC

Vakansiya-Mühasib köməkçisi

İş barədə məlumat

- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Anbar əməliyyatlarının 1C 8.3 sisteminə daxil edilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan - 18:00 -dək;
- Bazar günü istirahət günüdür;
- Əmək haqqı : 400-500 manat

Namizədə tələblər

- Kişi namizədlər;
- Ali təhsilli;
- Yaş aralığı: 24-35 yaş
- Microsoft Word və Excell proqramında içləmə bacarığı;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.);
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
- Məsuliyyətli, dəqiq və peşakar;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Anbar sahəsində təcrübənin olmağı üstündür;

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 26.08.2021-ci il tarixinədək hr.department@main.az ünvanına “Mühasib köməkçisi” başlığında göndərməyiniz xahiş olunur. Qeyd etmək istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP