Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: ATİA DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-27 LAST UPDATED: 2021-07-27 DEADLINE: 2021-08-26

 

Vakansiya: Baş mühasib

Əsas tələblər:

- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Minimum 3 il iş təcrübəsi;
- 1С və digər mühasibatlıq proqramında işləmə bacarığı mütləqdir;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Rus dilini səlis bilənlərə üstünlük veriləcək;
- Əmək qanunvericiliyində istifadə edilən saytlarda iş.

Vəzifə öhdəliyi:

- Vergi sahəsi ilə bağlı əməliyyatlar – Bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Əmək haqqının hesablanması.

Əmək şəraiti:

İş yeri: ATİA (Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası)
5 günlük iş qrafiki, 09:00-18:00
Əmək haqqı: 1400 AZN

E-mail: Ashraf.S@atia-az.az

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 38

Şirkət Barədə Məlumat

Azərbaycan Tikinti İstehsalçılar Assosiasiyası” (ATİA) Komersiya Hüquqi Şəxslərin İttifaqının əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və Assosiasiyasının üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə ölkəmizdə tikinti sektorunun inkişafında, bu sahədə vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, dövlət- özəl sektor tandemində tikinti şirkətlərinin fəaliyyətlərini əlaqələndirmək, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etmək, eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etməkdən ibarətdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP