Əmək haqqı üzrə mühasib
 
JOB TITLE: Əmək haqqı üzrə mühasib
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-28 LAST UPDATED: N/A DEADLINE: 2021-08-27

Əmək haqqı üzrə mühasib

Vəzifə öhdəlikləri:

- Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması;
- Vergi, sosial fonda ayırmaların hesablanması;
- Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi;
- Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım);
- İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması;
- Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi;
- Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
- Elektron imza vasitəsilə elektron hokumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət;
- DSMF-yə Vahid Rüblük hesabatın, Statistika komitəsinə 4-əmək aylıq və 1-Əmək illik hesabatın hazırlanması.

Tələblər:

- Təhsil: Ali;
- Dil bilgiləri: Azərbaycan və rus (sərbəst);
- Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini, Sosial Sığorta haqqında AR Qanunvericiliyini, əmək haqqı ilə bağlı Nazirlər Kabinetinin qərarlarını yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.);
- Komandada işləmək bacarığı;
- 1C (7.7., və ya8.3.)-də iş təcrübəsi arzuolunandır.
- Əlavə tapşırıqların yerinə yetirilməsi

Uyğun namizədlər CV-lərini hr@bakuelectronics.az ünvanına “Əmək haqqı üzrə mühasib” başlığı ilə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP