İT təcrübə proqramı
 
JOB TITLE: İT təcrübə proqramı
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-29 LAST UPDATED: N/A DEADLINE: 2021-08-28

“Bank Respublika” İnformasiya Texnologiyaları sahəsi üzrə 3 aylıq “İT təcrübə” proqramına start verir.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən istedadlı, İnformasiya Texnologiyaları sahəsində baza biliklərə sahib olan gəncləri “İT təcrübə” proqramına qoşulmağa dəvət edirik.

Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
• Analitik düşüncə qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, dəqiqlik;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

“İT təcrübə” qroqramına necə qoşulmaq olar?

• CV-nizi HR@bankrespublika.az ünvanına 25 avqust tarixinədək göndərmək;
• Emailin mövzu hissəsində proqramın adını “İT təcrübə” qeyd etmək.

Öz bilik və təcrübəmizi Sizinlə bölüşmək arzusu ilə...

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP