Müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbulu
 
JOB TITLE: Müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbulu
EMPLOYER: Peşə Təhsili üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-16 LAST UPDATED: 2021-09-16 DEADLINE: 2021-09-18

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbulu.

Vakansiya haqqında ümumi məlumat:

2021/2022-ci il tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 13 - 17 sentyabr tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Vakansiyaların olduğu bölgələr: Bakı, Gəncə, Ağdaş, Qəbələ, Bərdə, Cəlilabad, İsmayıllı, Kürdəmir, Quba, Sabirabad Xaçmaz, Salyan, Sabirabad, Quba, Masallı, Saatlı, Şamaxı, Neftçala, Mingəçevir, Şirvan

Namizədlərə qoyulan tələblər:

• İxtisas fənn müəllimləri üçün - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış;
• Xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;
• İstehsalat təlimi ustaları üçün - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;
• Ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Son müraciət tarixi: 17 sentyabr (saat: 23:59)

Qeydiyyat linki: https://portal.edu.az/

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP