Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Zaman Broker DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-27 LAST UPDATED: 2021-04-27 DEADLINE: 2021-05-27



Vakansiya: Mühasib

Vəzifə Öhdəlikləri:

• Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
• Bank hesablarına nəzarət və ödənişlərin həyata keçirilməsi;
• Nəğd pul vəsaitinin uçotu;
• Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
• Hesabların müxabirləşməsini nəzərdən keçirmək və araşdırmaq;
• Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
• Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
• ƏƏSMN, DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə (e-gov.az) daxil edilməsi;
• Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
• Dövlət Vergi Xidmətindən gələn məktubların cavablandırılması;
• Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• Müəssisənin fəaliyyətinə nəzarət edən dövlət orqanına broker hesabatlarının təqdim edilməsi
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Tələblər:

• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
• Maliyyə / Mühasibat uçotu sahəsində ali təhsil;
• Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər (arzuolunandır);
• Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
• ERP və digər İT platformalarda işləmə bacarığı;
• Azərbaycan və rus dili bilikləri, ingilis dili (arzuolunandır);
• İdarəetmə, analitik təhlil qabiliyyətləri;
• İşi düzgün planlamaq bacarığı.

E-mail: hr@zamanbroker.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP