Aparıcı (Freelance)
 
JOB TITLE: Aparıcı (Freelance)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-07 LAST UPDATED: 2021-07-07 DEADLINE: 2021-08-06



"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Aparıcı (Freelance)

Vəzifələr:

• İcmalı çəkiləcək məhsul haqqında ümumi məlumatlı olmaq;
• Çəkiliş üçün təqdim olunacaq mətni mənimsəmək;
• Çəkiliş zamanı mətni səsləndirmək, məhsul haqqda məlumat vermək və onu ətraflı təsvir etmək.

Tələblər:

• Aparıcılıq qabiliyyəti olmalı;
• Azərbaycan dilində dialektsiz, səlis danışmalı və qüsursuz nitq qaabiliyyətinə sahib olmalıdır;
• İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
• Texnikaya marağı və haqqında ümumi anlayışı olmalı;
• Nitqi və görünüşü efirə uyğun olmalıdır;
• Hazırcavab və yaxşı yumora sahib olmalıdır;
• Ünsiyyətcil və təqdim etmə bacarıqları olmalıdır.

İş barədə məlumat

• Rəqabətqabiliyyətli əmək haqqı (işə muzd)
• Karyera inkişafı imkanları

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://qlor.me/kls0uy0i

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP