Lombard üzrə mütəxəssis (Sumqayıt və Bakı)
 
JOB TITLE: Lombard üzrə mütəxəssis (Sumqayıt və Bakı)
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-07 LAST UPDATED: 2021-04-16 DEADLINE: 2021-05-07

İş haqqında:

Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarımıza Lombard üzrə mütəxəssis tələb olunur. Maliyyə təşkilatlarında və lombardlarda işləyən və lombard kredit portfeli olanlara üstünlük veriləcək

LOMBARD MÜTƏXƏSSİSİ

Əmək haqqı 400-800 AZN
Əmək haqqının 2 misli qədər motivasiya

Əsas vəzifələr:

- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzuolunandır)
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini i" Şəhərin adı adı- lombard mütəxəssisi" başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP