Maliyyə şöbəsinə baş mütəxəssis
 
JOB TITLE: Maliyyə şöbəsinə baş mütəxəssis
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-08 LAST UPDATED: N/A DEADLINE: 2021-05-08

“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Maliyyə şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İş günləri 1-6-cı günlər Bazar İstirahət günü

Əmək haqqı: 1000-1500

Peşəkar tələblər:

o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o Iki illik iş təcrübəsinə təcrübəyə malik olması;
o Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti

Vəzifə öhdəlikləri:

• DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması;
• DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması;
• DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması;
• Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması;
• Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi;
• DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması;
• DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi;
• Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi;
• Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması;
• Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi;
• Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;
• Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək;
• Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;
• Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;

Məsuliyyətləri :

• Öz işinin nəticə və effektivliyinə;
• Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;
• Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;
• Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;

Xüsusi bacarıqlar:

• Məsuliyyətli və dəqiq;
• Komanda işini bilən, insanları tanımaq;
• İdarəetmə qabiliyyəti;
• Strateji və analitik qabiliyyət;
• Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Maliyyə şöbəsinə baş mütəxəssis” başlığı ilə vakansiya@parabokt.az vakansiya@parabank.az ünvanına CV ilə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP