Təmizləyici (gecə növbəsi)
 
JOB TITLE: Təmizləyici (gecə növbəsi)
EMPLOYER: The Landmark Hotel and Business Centre DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-09 LAST UPDATED: N/A DEADLINE: 2021-05-09

Vakansiya:  Təmizləyici – Ofis (gecə növbəsi)

Vakansiya kişi namizədlər üçün nəzərdə tutulub.

ƏMƏK FUNKSİYALARI:

• Qonaqlara mehriban və səmimi şəkildə xidmət göstərmək.
• Gündəlik fəaliyyət ilə bağlı işləri icra etmək.
• İctimai istifadə yerlərini təmizləmək.
• Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq.
• Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün bu barədə nəzarətçiyə dərhal bildirmək.
• İtirilmiş və tapılmış əşyaların çatdırılması və ya saxlanılması barədə şirkətin siyasətinə və təlimatlarına müvafiq şəkildə riayət etmək.
• Gündəlik təhvil-təslim prosedurlarında, şöbədaxili iclaslarda iştirak etmək.
• Rəhbərlik və ya nəzarətçilər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

TƏLƏBLƏR:

• Təmizləyici kimi iş təcrübəsinə malik olmaq.
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı.
• Detallara diqqətli olmalı
• Stresli və gərgin vəziyyətlərdə yaxşı işləmək bacarığı
• Davamlı inkişaf və öyrənməyə yönəlməli

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə hr@thelandmark.az ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP