Baş nəzarətçi
 
JOB TITLE: Baş nəzarətçi
EMPLOYER: Novas Agro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: N/A DEADLINE: 2021-05-12

"Novas Agro" MMC 2019-cu ildən fəaliyyətə başlamış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı sahəsi olmaqla, istixana sahəsində pomidor bitkilərinin becərilməsi, pomidor məhsulunun satışı ilə məşğuldur. 2020-ci ildə ərazisini iki dəfədən çox artıraraq fəaliyyət sahəsini genişləndirmişdir. Çox qısa zaman içərisində müasir texniki avadanlıqları və keyfiyyətli məhsulları ilə "Novas Agro" brendi adı altında tanınmışdır. Strateji və gələcəkyönümlü planlarında 2021-ci ildə şirkətin daha da böyüməsi nəzərdə tutulmuşdur.

Baş nəzarətçi

Vəzifələr:

- Tapşırılmış işlərin vaxtında və dürüstcəsinə yerinə yetirilməsinin təmin edilməsi;
- Tabeçiliyində olan işçilərin davamiyyətinə, davranış qaydalarına, iş qabiliyyətinə nəzarət edilməsi və qiymətləndirilməsi;
- Cəmiyyətin daxilində təhlükəsizliyə və daxili qaydaların əməl olunmasına nəzarəti təmin edilməsi;
- Əraziyə təhlükəsiz giriş və çıxışların təmin edilməsi;
- Ərazinin səliqəli saxlanılmasına nəzarət edilməsi;
- Kamera nəzarəti sisteminə ehtiyac olduqda nəzərdən keçirilməsi;
- Yuxarı rəhbərliyə vaxtında hesabatların təqdim edilməsi;
- Görülən işləri əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin təhlükəsizliyi qaydalarına uyğun olaraq aparılması.

Bilməlidir:

- İdarəetmənin əsaslarını;
- Mühafizə sisteminin işləmə mexanizmini;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının əsaslarını.

Tələblər:

- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yaş: 27-40;
- Şəxsi avtomobilin olması üstünlükdür.

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- 30 gün məzuniyyət;
- Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;
- Əmək haqqı 600 AZN NET;
- Yemək ödəniş şəklində təmin edilir.

Əlaqə:

Müraciət üçün CV formasını mövzu yerinə “Baş nəzarətçi” qeyd etməklə hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP