Tornaçı
 
JOB TITLE: Tornaçı
EMPLOYER: Oil and Gas Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: 2021-04-12 DEADLINE: 2021-05-12

Vəzifə: Tornaçı

Vəzifə öhdəlikləri:

- Torna, frez və cilalama dəzgahlarından istifadə etməklə metal və müxtəlif materialları kəsmək, yonmaq, yiv açmaq və müxtəlif konfiquryasiyalı işləri həyata keçirmək.
- Torna dəzgahının quruluşunu, yonma qaydalarını, istifadə etdiyi tərtibatlarla davranma qaydalarını, nəzarət-ölçü, alət və cihazların quruluşunu, oturtma sistemini, ölçülərin yol verilən meyllənmələrini, emal etdiyi hissənin bərkliyini, kəskinin itilənmə qaydasını bilmək və onlara uyğun hərəkət etmək.
- Mikrometr kimi dəqiq alətlərdən istifadə edərək qüsurları aşkar etmək, dəqiq ölçülər götürmək.
- Dəqiq emal əməliyyatlarını yerinə yetirmək məqsədilə bütün əsas dəzgahları, alətləri quraşdırmaq, tənzimləmək və idarə etmək.
- Sabitləyici qurğuları, kəsici alətləri, əlavələri, aksesuarları və materialları maşınlara yerləşdirmək və sabitləmək.
- Emal prosesi zamanı dəzgahın kəsmə qabiliyyətinə və sürətinə nəzarət etmək.
- Məhsulları hazırlamaq üçün lazım olan əməliyyat üsullarını və ardıcıllığını müəyyən etmək, məhsulun ölçülərini və dözümlülüyünü təyin etmək üçün nümunə hissələrini, planlarını, layihə və mühəndis məlumatlarını araşdırmaq.
- Maşın işlərinin hazırlanmasında istifadə ediləcək uyğun alətləri, maşınları və materialları seçmək.

Əsas tələblər:

- Dəzgahların iş prinsipi və qurulması, dəzgahların konstruktiv xüsusiyyətləri və dəzgahların universal mexanizmlərinin dəqiqliklə yoxlanması qaydalarını bilmək;
- Detalların dəzgahda qurulma və yoxlanma üsullarını bilmək;
- Spesifik ölçü alətləri ilə işləmək bacarığı;
- Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimlərini sərbəst idarə etmək;
- Mürəkkəb torna əməliyyatları üçün sürət və iş prinsiplərini bilmək;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Dürüst, məsuliyyətli və nizam-intizamlı olmaq.

İş qrafiki və əlavə məlumatlar:

- 5 günlük iş həftəsi 08:00-17:00
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər CV-lərini cv@petroleum.az elektron ünvanına “Tornaçı” başlığı altında göndərə bilərlər. Yalnız CV-ləri tələblərə uyğun olan namizədlərlə əlaqə yaradılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP