İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
 
JOB TITLE: İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: N/A DEADLINE: 2021-05-12

Vəzifə: İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: razılaşma əsasında

Tələblər:

1. Müvafiq sahə üzrə ali təhsil və diploma malik olmalı. İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis diplomunu CV-nə əlavə etməlidir;
2. Minimum 3-5 il uyğun vəzifə üzrə iş təcrübəsi olmalı;

İş haqqında məlumat:

1. Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
2. Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
3. Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması;
4. Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edilməsi;
5. Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
6. Layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
7. İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.

İşçi üçün şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
3. Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
4. İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP