İctimaiyyətlə əlaqələr üzrə menecer
 
JOB TITLE: İctimaiyyətlə əlaqələr üzrə menecer
EMPLOYER: AzEduNet LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: N/A DEADLINE: 2021-05-12

“AzEduNet” şirkəti İctimaiyyətlə əlaqələr üzrə menecer (PR menecer) axtarışındadır.

Vəzifə öhdəlikləri:

• Şirkətin İctimaiyyətlə əlaqələr üzrə siyasətini hazırlamaq;
• İctimaiyyətlə əlaqələr üzrə illik tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
• Şirkətin Veb-saytına nəzarət;
• Təhsil Nazirliyi ilə əlaqələrin qurulması və dəstəklənməsi;
• Mətbuat üçün məlumatlar (press release) yazmaq, kütləvi informasiya vasitələrində şirkəti təmsil etmək, görüşlərdə iştirak etmək;
• Şirkətin təbliğat materiallarının, reklam xarakterli postlar, videolar və multimedia proqramlarının hazırlanmasında fəal iştirak etmək;
• Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

• Ali təhsil;
• Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
• MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
• Şifahi və yazılı ünsiyyət bacarığı;
• İşgüzar etika;
• Yüksək təşkilatcılıq bacarıqları;
• Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyinə üstünlük verilir.

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.

Müraciət qaydası:

Maraqlanan namizədlər Cv formalarını HR@AzEduNet.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP