Satış nümayəndəsi
 
JOB TITLE: Satış nümayəndəsi
EMPLOYER: Runner DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: N/A DEADLINE: 2021-05-12

Vəzifənin adı: Satış nümayəndəsi
İş yeri: Bakı şəhəri, Mixail Kaveroçkin küçəsi 21
Təhsil: Müvafiq sahədə ali təhsil
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır
İş qrafiki: Həftə içi 10:00-18:00, Şənbə 10:00-13:00

İş barədə məlumat:

Runner komandası satış strategiyasını inkişaf etdirmək və yeni müştərilər cəlb etmək üçün səriştəli Satış Nümayəndəsi axtarır. Satış nümayəndəsi şirkətin satışlarının artırılmasında, yeni müştərilərin cəlb edilməsində və idarəedilməsində, şirkətin satış strategiyasının və proqnozların hazırlanmasında əsas rol oynayacaqdır.

Vəzifə öhdəlikləri:

• Müxtəlif satış metodlarından (qapıda satış, müştərilərlə zəng, təqdimatlar, öz şəxsi əlaqələrindən istifadə etməklə və s.) istifadə edərək satışların artırılması
• Potensial müştərilərin şirkətin təqdim etdiyi xidmətlərdən istifadəyə cəlb etmək üçün satış strategiyasının hazırlanması, bazar araşdırması və proqnozların hazırlanması
• Müştərilərlə uzun müddətli və rəqabətə davamlı satış modelinin hazırlanması
• Şirkətin satış tələblərinin vaxtında və effektiv yerinə yetirilməsi
• Müştərilərlə görüşlərin təşkil edilməsi, məhsul və xidmətlər barədə təqdimatların həyata keçirilməsi
• Müştəri bazasının toplanması və genişləndirilməsi
• Rəhbərlik üçün periodik hesabatların hazırlanması

Namizədə tələblər:

• Satış sahəsində, əsasən də xidmət satışı sahəsində 3 ildən artıq təcrübə
• Azərbaycan və Rus dilində səlis yazma və danışmaq bacarığı
• 25-45 yaş həddi
• Ofis proqramlarından orta və daha yuxarı səviyyədə istifadə etmək bacarıqları
• Komandada və müştərilərlə işləmək bacarığı, satış və tanıtım bacarıqları
• Top menecement ilə işləmək təcrübəsi
• Müxtəlif satış və rəqəmsal satış texnikalarından işləmək bacarığı
• E-commerce, onlayn çatdırılma biznesləri barədə biliklərin və təcrübənin olması
• Özünə güvənən, məsuliyyətli, çevik və çalışqan olmalı

Müraciət etmək istəyən namizədlərdən CV formalarını mövzu hissəsində vəzifə adını “Satış nümayəndəsi” qeyd etməklə hr@runner.az email ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP