Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Azmədənistehsal MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: N/A DEADLINE: 2021-05-12

AZMƏDƏNİSTEHSAL MMC

Vəzifə: Satış meneceri

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
İş yeri: Xırdalan qəsəbəsi

Namizədə tələblər:

• Ali təhsil
• Satış meneceri kimi minimum 1 il iş təcrübəsi
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Dil bilikləri: Azərbaycan dili, Rus və İngilis dili

İş öhdəlikləri:

- Cəmiyyətin istehsal etdiyi məhsulların satışını həyata keçirmək, yeni satış kanallarının araşdırıb tapılmasını, satış bazarının araşdırılmasını və müştəri təlabatının öyrənilməsini təşkil etmək;
- Müştərilərlə əlaqələr quraraq Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq və onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Satışın yüksəldilməsi və satış prosesinin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak etmək və öz təkliflərini rəhbərliyə bildirmək;
- Müştərini tam razı salan davranış nümayiş etdirmək, onu lazımi informasiyalarla təmin etmək və müştəri problemlərini dərhal araşdıraraq müvafiq tədbirlər görmək;
- Aylıq, rüblük, illik satış planlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və plana uyğun fəaliyyətini həyata keçirmək;
- Həm daxili, həm də xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən etmək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlillər aparmaq;
- Satış bazarında reklam ehtiyacını təhlil etmək, satış məqsədləri üçün reklam mətnlərini hazırlamaq, cəmiyyətin reklam fəliyyətini təşkil etmək, reklam yerləşdirmələrinə aid reklam agentlikləri ilə əməkdaşlıq etmək;
- Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirmək və onlardan dəstək almaq.
- Məhsul çeşidinin planlaşdı¬rılması, və Cəmiyyətin məhsul siyasətinin hazırlanmasında iştirak etmək; istehsal edilən və gələcəkdə isteh¬sal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsində iştirak etmək;
- İstehsalın bazarın tələbatına və müştərilərin tələbinə uyğunlaşdırılması üçün təkliflər vermək;
- Cəmiyyətin məhsullarına qiymətqoyma strategiyası və taktikasını işləyib hazırlamaq;
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada müştərilərə və satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin etmək;
- Satışa buraxılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb rəhbərliyə yazılı surətdə təqdim etmək;
- Məhsulların təslimi və ödəmələr zamanı meydana çıxan problemləri həll etmək, satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemləri həll etmək;
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək, özünə bağlı kadrları idarə etmək və bu kadrları öyrətmək;

İş qrafiki:

• 6 günlük iş norması
• Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini rahib.pashayev@azmedenistehsal.az elektron ünvanına (“satış meneceri” başlığı ilə) göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP