Trade Marketing Manager
 
JOB TITLE: Trade Marketing Manager
EMPLOYER: Universal Təchizat ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-12 LAST UPDATED: N/A DEADLINE: 2021-05-12

TREYD (TİCARİ) MARKETINQ MENECERİ

İş barədə məlumat:

- Şirkətin istehsal və idxal etdiyi qida və qeyri-qida məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
- Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
- Treyd aktivliklər üzrə kompleks təqvimin hazırlanması və tətbiq edilməsi;
- Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Satışların analizi, məhsul çeşidlərinin planlaşdırılması və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
- Qiymət əmələgəlməsi prosesində iştirak edilməsi;
- Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
- Treyd marketinq büdcəsinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət edilməsi;
- POS materiallarının hazırlanması və satış komandası tərəfindən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;
- Analitik hesabatların tərtib olunması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

- Yaş həddi: 25 -35 olmalı;
- Azərbaycan və rus dili mükəmməl (ingilis - dili arzuolunandır) olmalı;
- Bölgələrə ezamiyyətə getməyə hazır olmalı;
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office) olmalı;
- İqtisadiyyat (marketinq, treyd marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir) üzrə ali təhsil;
- FMCG sektorunda ən azı 2 il iş təcrübəsi olmalı;

Şəxsi keyfiyyətlər:

- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

Digər məlumatlar:

- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
- əmək haqqı 800 - 1000 AZN.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Trade marketing menecer" yazmaqla nigar986@mail.ru ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP