İlməkçi
 
JOB TITLE: İlməkçi
EMPLOYER: GM Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-13 LAST UPDATED: N/A DEADLINE: 2021-05-13



Əsas vəzifə və öhdəliklər:

• Konteyner və digər yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək;
• Kran maşinistinə siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
• Yükün kütləsi və ölçülərinə əsasən (zəncirli yükqaldırma blokları, tirfor, buraz, və s.) yük tutucu vasitələrini seçmək və təhlükəsiz şəkildə istifadə etmə qaydalarını bilmək;
• Yük tutucu vasitələrin yararlı olub-olmamasının müəyyənləşdirmək;
• Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq;
• Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
• Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək;
• Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini,
• Yük tutucu vasitələrin iş prinsipini bilmək.
• Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
• Yüktutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək;

İş şəraiti:

• 6 günlük iş həftəsi;
• Əmək haqqı: 750 man;
• AR ƏM – nə uyğun rəsmiləşmə.

Namizədə olan tələblər:

• Yaş həddi : 25-55 yaş;
• Təhsil dərəcəsi: orta;
• İlməkçi sertifikatının olması mütləqdir;
• Müvafiq sahə üzrə təcrübə ən az 2 il.

CV-ləri vakansiya adını “İlməkçi” göstərməklə hr@gmco.az mailine göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP