Təcrübə proqramı
 
JOB TITLE: Təcrübə proqramı
EMPLOYER: Güvənli MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-13 LAST UPDATED: N/A DEADLINE: 2021-05-13

“Güvənli MMC” kredit təşkilatı Bakı,Gəncə,Quba və Xaçmaz şəhərlərində kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.

İş haqqında məlumat :

1. Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
2. Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
3. Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
4. Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
5. AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
6. İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək,
Şənbə günü: 10:00-dan 16:00-dək.

Tələblər :

- Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə;
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq;
- Əla ünsiyyət qura bilmək;
- Komandada işləmək bacarığı;
- İnkişafa meyilli olmalıdır

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini hrguvenli@gmail.com elektron ünvanına “Təcrübəçi” başlığı ilə göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP