SƏTƏMM Meneceri
 
JOB TITLE: SƏTƏMM Meneceri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-14 LAST UPDATED: N/A DEADLINE: 2021-05-14

SƏTƏMM Meneceri

İşin təsviri:

- Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi barədə tapşırıqlar vermək;
- Müəssisənin SƏTƏMM üzrə mütəxəssisləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;
- Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlmaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair SƏTƏMM üzrə mütəxəssislərə köməklik göstərmək;
- Müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun gəlməsi məqsədilə razılaşdırılması;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına və TTQ-dan təlimatlandırılmaların keçirilməsinə nəzarət etmək barədə SƏTƏMM üzrə mütəxəssisləri nəzarətdə saxlamaq;
- Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramınn hazırlanmasında SƏTƏMM üzrə mütəxəssislərə köməklik göstərmək;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları SƏTƏMM üzrə mütəxəssislərin nəzərinə çatdırmaq.

Namizədə tələblər:

- Ali təhsil;
- Müvafiq sahədə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi;
- İngilis dili biliyi, Rus dili arzuolunandır;
- Komputer biliklər;
- Fövqəladə Hallar Nazirliyinin şəhadətnaməsi;

Namizədlərdən CV-ni "SƏTƏMM üzrə Menecer" mövzusu ilə construction.aze@gmail.com elektron poçtuna göndərməyi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP