Analitika üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Analitika üzrə kiçik mütəxəssis
EMPLOYER: Bizim Market DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-14 LAST UPDATED: N/A DEADLINE: 2021-05-14

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Analitika üzrə kiçik mütəxəssis

Namizədə olan tələblər:

• Analitik düşüncə;
• Hesbatların müqayisəsi, fərqlərin araşdırılması;
• Alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Excel üzrə Advanced səviyyədə biliklər;
• Power BI, SQL, R və s. digər analitik tool-larla işləmək bacarığı üstünlükdür.

Vəzifə üzrə öhdəliklər:

• Satışların və kampaniyaların analizi;
• Günlük, Həftəlik və aylıq hesabatların tərtib olunması;
• Məlumatların toplanması və emal olunması;
• MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı 700-1000 AZN (net) - (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).

Vakansiyaya müraciət üçün CV-ləri “Analitika üzrə kiçik mütəxəssis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP