Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: AzeriMed LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-14 LAST UPDATED: 2021-04-22 DEADLINE: 2021-05-14

“AzəriMed“ QSC geniş profilli şəbəkə şirkəti “Daxili Auditor” vakansiyası üzrə namizəd axtarışındadır.

Vəzifə öhdəlikləri:

• Şirkət apteklərinə audit vizitlərinin və gizli alıcılığın keçirilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
• Daxili auditin əhatə dairəsini müəyyən etmək və yekun planları hazırlamaq;
• Auditin nəticələrini və sənədləşmə prosesini əks etdirən hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Təyin olunmuş ölkə daxili ezamiyyətlərə getmək.

Namizədə qarşı tələblər:

• Yaş həddi 20-35;
• Ali və ya orta ixtisas təhsili (Tibbi, iqtisadi, maliyyə və ya digər analitik ixtisaslar üzrə təhsil üstünlükdür);
• MS Office proqramlarından istifadə bacarığı (xüsusilə MS Excel);
• Aptek satış və ya bənzər sahədə audit təcrübəsi arzuolunandır;
• Məlumatların məxfiliyinin qorunub saxlanma bacarığı;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək hədəfi;
• Komanda şəklində işləmək bacarığı;
• Yüksək analitik düşünmə qabiliyyətinə sahib olmalı.

İş şəraiti:

• İş qrafiki: Həftə içi 5 gün 09:00 - 18:00, şənbə günü 09:00-14:00;
• Əmək haqqı: İlkin əmək haqqı : 500 gross;
• İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə cv@azerimed.com  elektron ünvanına göndərmələri xahiş olunur. Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP