Texniki Operator
 
JOB TITLE: Texniki Operator
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-14 LAST UPDATED: N/A DEADLINE: 2021-05-14

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Texniki Operator

Sən nə əldə edəcəksən:

• AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
• Komandada maraqlı və davamlı iş;
• Öz gəlirinizə təsir etmə imkanı: fiks + bonus;
• Peşəkar inkişaf və karyera yüksəlişi üçün hər cür şərait;
• Unikal məsulların və xidmətlərin test etmə imkanı;
• Korporativ endirimlər, Microsoft kimi şirkətlərdən əlavə motivasiya;

Bizə qatıl, əgər:

Bacarırsansa:

• Müxtəlif cihazları quraşdırmaq;
• Ən yaxşı xidmətlər haqqında müştəriləri düzgün yönləndirmək;
• Şəxsi hədəflərə və komanda satış planlarına nail olmaq;
• İOS-u Android-dən, Type C-ni Lightning-dən fərqləndirmək;

Sən:

• Aktiv və təşəbbüskarsansa;
• İnsanları, cihazları və elektronikanı sevirsənsə;
• Öyrənmək və inkişaf etmək arzusundasansa;
• Yeniliklərlə maraqlanırsansa.

Yuxarıda qeyd olunananlar sənə uyğundursa link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərsən:
https://qlor.me/knhiaw51

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP