Digital Marketing Manager
 
JOB TITLE: Digital Marketing Manager
EMPLOYER: Banner/MediaCom Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-15 LAST UPDATED: N/A DEADLINE: 2021-05-15

Banner/MediaCom Azerbaijan şirkəti Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. O həm böyük beynəlxalq, həm də yerli müştərilərlə çalışır və BANNER şirkətlər qrupunun tərkib hissəsidir.

Banner/MediaCom Azerbaijan Digital Marketing Manager vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər

• Azərbaycan, İngilis və Rus dilini əla səviyyədə bilmək
• İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı
• Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) paketi təcrübəli iş bacarığı
• Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü
• Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə bacarığı;
• Riyaziyyatı və məntiqi yaxşı bilmək
• İqtisadiyyat, marketinq, riyaziyyat sahəsində ali təhsili olmaq üstünlükdür

Görüləcək işlər:

• Şirkətin müştəriləri ilə ünsiyyət (əsasən e-mail üzərindən)
• Mediaplana əsasən reklamların internetdə yerləşdirilməsi, onların analizi
• Müştərilər üçün təqdimatların, internetdə reklam yerləşdirmək üçün yeni alətlərin təklif olunması

Detallar:

• Həftədə 5 gün, 8 saatlıq iş rejimi
• Gənc, peşəkar və yaradıcı ruhlu kollektivdə çalışmaq imkanları
• Əmək müqaviləsi ilə rəsmiləşdirmək;
• Şəhərin mərkəzində, əlverişli yerdə ofis

Maraqlanan şəxslər öz CV-lərini office@bannermedia.az ünvanına “Digital Marketing Manager” başlığı ilə göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP