Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-15 LAST UPDATED: N/A DEADLINE: 2021-05-15

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla Mebel” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- İstehsal prosesinə xammal qəbulundan qablaşdırılmasına qədər olan bütün istehsal prosesinə nəzarət etmək;
- Mebellər üzrə müəyyən edilmiş standartlara uyğun istehsal prosesinin düzgünlüyünü yoxlamaq;
- Aşkar edilmiş uyğunsuzluqlarla bağlı rəhbərliyə hesabat hazırlamaq;
- İstehsal prosesində keyfiyyətə nəzarət sistemi ilə bağlı sənədləşdirilmə prosesini həyata keçirtmək.

Namizədə tələblər:

- Kişi namizədlər
- Ali Təhsilli
- Minimum 1 il mebel istehsalı sahəsində iş təcrübəsi;
- Komanda da işləmək bacarığı;
- Problemləri həll edə bilmək və təkliflər vermək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;

İş şərtləri:

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək.
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İş daimi olaraq istehsalda olacaq.
- İşçilərin işə gəlib getməkləri üçün servis xidməti var. (20 Yanvar metrosu və Sumqayıt şəhərindən)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP