Xaricdə Təhsil üzrə mütəxəssis
 
JOB TITLE: Xaricdə Təhsil üzrə mütəxəssis
EMPLOYER: Vision Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-15 LAST UPDATED: 2021-04-16 DEADLINE: 2021-05-15

Şirkət haqqında:

Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur.Mərkəzimiz tədris sektorunda 10 ildən artıq təcrübəyə malik şirkətdir. Gənclərin karyera imkanlarının genişləndirilməsinə yönəlik dil kursları, peşəkar maliyyə və biznes təlimləri, o cümlədən xaricdə təhsil xidmətlərinin göstərildiyi mərkəzin hədəfi Azərbaycanda peşəkarlığı və etibarı ilə seçilən qurumlardan olmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

İşin adı: Xaricdə Təhsil üzrə mütəxəssis

İşin təsviri:

• Xarici təhsil müəssisələri ilə danışıqların aparılması;
• Xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
• Görülən iş barədə gündəlik hesabat vermək;
• Təhsil proqramlarının axtarışı, təsviri və təqdimatı;
• Müştərilərə təhsil proqramları üzrə konsultasiyalar ;
• Xarici tərəfdaşlarla danışıq və yazışmalar;
• Müştərilərlə müqavilələrin bağlanması;
• Təhsil müəssisəsinə müraciət, qəbul kağızının alınması;
• Tibbi sığorta, viza dəstəyi və digər sənədlərin hazırlanması;
• Təhsil sərgilərinin və prezentasiyaların təşkilində iştirak.

Namizədə tələblər:

• Ali təhsil;
• Türkiyə, Avropa, USA və digər ölkələrin təhsil üzrə qəbul qaydaları və təhsili üzrə mükəmməl biliklərə malik olmaq;
• Mükəmməl İngilis dili və Rus dili biliyi (yazı, danışıq bacarığı);
• Bu sahədə minimum 2 il təcrübə;
• Müştərilərlə ünsiyyət bacarığı;
• Araşdırma və analiz qabiliyyəti.

İş qrafiki:

• 6 günlük iş rejimi;

• Həftədə 1gün istirahət.

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Xaricdə Təhsil üzrə mütəxəssis” başlığı ilə hr@visionacademy.az elektron poçtuna göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP