Tədris işləri və əməliyyatlar üzrə menecer
 
JOB TITLE: Tədris işləri və əməliyyatlar üzrə menecer
EMPLOYER: Vision Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-15 LAST UPDATED: 2021-04-15 DEADLINE: 2021-05-15

Şirkət haqqında:

Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

İşin adı: Tədris işləri və əməliyyatlar üzrə menecer

İşin təsviri:

• Müəllimlərin işə qəbul və seçim prossesində iştirak edilməsi və uyğun namizədin seçilməsi;
• Tədris metadologiyasından anlayışlı olmaqla yanaşı,tədris ləvazimatının seçimi və tənzimlənməsi;
• Müəllim proqramlarının düzgün tərtibinə nəzarətin həyata keçirilməsi;
• Kursun müştəri bazasının genişləndirilməsi üçün kursa yeni müştərilər cəlb etməyin üsullarını təklif etmək, müştərilərə yüksək səviyyəli xidmətlərin göstərilməsinin təşkil etmək;
• Tələbələr üçün testlərin hazırlanması və tətbiq olunması,səviyyə imtahanlarının təşkil olunmasına nəzarət;
• Müəllimlərlə müqavilə işlərinin aparılması, maaşların hesablanması;
• Müəllimlərin təlimat qaydalarına uyğunlaşmalarına nəzarət etmək və həftəlik hesabat aparamaq;
• Təhsil keyfiyyətinin yüksəldilməsi üçün gərəkli addımları atılması, mərkəzin cari fəaliyyətinin təşkil və idarə olunması;
• Vision Academy-nin gündəlik menecmenti;
• Strategiya qurulması, özəl kurs bazarının, qiymət və metodologiyaların təhlili, yeni və kreativ fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
• Marketinq işi və alətlərinin idarə olunması;
• Universitet və xarici tərəfdaşlarla görüşlərin təşkili;
• Beynəlxalq akkreditasiyalar üçün davamlı işin aparılması;
• Ayrı-ayrı şöbələrin idarə olunması, o cümlədən, həmin şöbələrin strategiyalarının təşkili, aylıq hesabatlarının təşkili, trend təhlillərinin aparılması;
• Aylıq maliyyə və fəaliyyət hesabatının tərtibi;
• İşçilərin işə götürülməsi prosesində iştirak.

Namizədə tələblər:

• Ali təhsil;
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində peşəkar ünsiyyət və yazı bacarığı (Beynəlxalq sertifikatın olması üstünlükdür);
• Müştəri xidmətlərini təşkil etmə bacarıqları;
• Yüksək səviyyədə təşkilatçılıq bacarıqları;
• Mükəmməl vaxt idarəetmə bacarıqları;
• Güclü analitik və problem həll etmə bacarıqları;
• Güclü nəzarət və liderlik bacarıqları.

İş qrafiki:

• 6 günlük iş qrafiki;

• Həftədə bir gün istirahət.

İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Tədris işləri və əməliyyatlar üzrə menecer” başlığı ilə hr@visionacademy.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP