Peşə təhsil müəssisələrinə direktor müavinləri
 
JOB TITLE: Peşə təhsil müəssisələrinə direktor müavinləri
EMPLOYER: Peşə Təhsili üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-15 LAST UPDATED: N/A DEADLINE: 2021-05-15

Peşə təhsil müəssisələrinə direktor müavinləri

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə müsabiqə 14-20 aprel tarixlərində portal.edu.az platforması üzərindən aparılır.

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə təşkil olunur:

• Elektron müraciət;
• Test imtahanı;
• Müsahibə.

Müsabiqəyə çıxarılan vəzifələr:

• Tədris-istehsalat işləri üzrə direktor müavini;
• Tərbiyə işləri üzrə direktor müavini;
• İnzibati-təsərrüfat işləri üzrə direktor müavini.

Müsabiqəyə çıxarılan vəzifələrin yer aldığı regionlar:

• Bakı, Sumqayıt, Tovuz, Lənkəran, Şəki, Balakən, Xaçmaz, Quba, Xızı, Göygöl, Goranboy, Naftalan, Salyan, Saatlı, Neftçala, Ağcabədi, Masallı, İsmayıllı, Göyçay, Ağdaş, Mingəçevir.

Müsabiqəyə qatılmaq üçün tələb olunan meyarlar:

• Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə:
- ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil,
- 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı;

• Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə:
- ali təhsil,
- pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı;

• İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə:
- ali və ya orta ixtisas təhsili,
- inzibati-təsərrüfat işlərində təcrübə.

Daha ətraflı məlumat üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri və ya veb saytına keçid ala bilərsiniz. https://vet.edu.gov.az/az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP