Texniki dəstək üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Texniki dəstək üzrə kiçik mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: N/A DEADLINE: 2021-05-16

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT əməliyyatları şöbəsində Texniki dəstək üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Helpdesk_kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İT əməliyyatları şöbəsi
Vəzifə: Texniki dəstək üzrə kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Texniki dəstək verilməsi;
- Texniki dəstəyin idarəetmə metodologiyasına, standartlarına uyğun olaraq işin təşkili;
- Texniki dəstək verilməsinə maneə olan problemlərin həll edilməsi, səlahiyyəti aşan bu tip problemlərin həll edilməsi üçün birbaşa rəhbər şəxsə məlumatın verilməsi;
- Texniki dəstəyin səmərəlilik göstəricilərinin əldə edilməsi və bu göstəricilərə nəzarət;
- Verilən texniki dəstəyin müddət standartlarına riayət edilməsi;
- Texniki dəstəyin effektiv realizasiyasının təmin edilməsi;
- Texniki dəstək çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin dəstəklənməsi.
- Bankın mövcud biznes prosesləri, işin təşkili, prinsipi və texniki işlərin icra olunması;
- Jira sistemində sorğuların icra olunması;
- Texniki avadanlıqların sazlanması, montajı və demontajı.

Tələblər:

- Ali təhsil;
- Dil tələbləri: Azərbaycan dili, Rus və İngilis dili bilməsi arzuolunandır;
- Komandada işləmək bacarığı və stressə davamlılıq;
- Məsuliyyət, dəqiqlik, opertativlik və problemi həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP