Hava və qaz boruları üzrə qaynaqçı
 
JOB TITLE: Hava və qaz boruları üzrə qaynaqçı
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-16 LAST UPDATED: N/A DEADLINE: 2021-05-16

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: Hava və qaz boruları üzrə qaynaqçı

Vəzifə öhdəlikləri:

- Hava və qaz boruları ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini səlis şəkildə bilməli
- Sürət, gərginlik və amper tənzimləmək, qaynaq zamanı problemləri müəyyənləşdirmə bacarığı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini bilmək və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçmək
- Qaynaq sonrası şovu təmizləmək və qüsurlar zamanı təmir işini aparmaq
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli

Tələblər:

- Beşinci dərəcəli, VD qaynaqçı;
- Müvafiq sahədə təhsil arzuolunandır;
- Müvafiq sahə üzrə istehsalatda, sənayedə 1 ildən artıq təcrübəsi;
- Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Dürüstlük, komandada işləmə bacarığı.

İş şəraiti:

- Təcrübə: 2-5 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- İş yeri: Xırdalan, Atyalı

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Hava və qaz boruları üzrə qaynaqçı" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP